Əlcəzairdə Ramazanla bağlı seriallarla bir tərəfdən ictimai və tarixi seriallar, digər tərəfdən dövlət kanalları ilə “Ən-Nəha”' və “Əş-Şuruk” kimi özəl kanallarda yayımlanan komediya xarakterli seriallar arasında gərgin rəqabət yaranıb.
Hafta.az-ın yazdığına görə, bu sahə üzrə mütəxəssislərin fikrincə, ekran əsərləri arasında 10 serial Əlcəzair tamaşaçılarının diqqətini cəlb edir. Bu seriallardan ən əhəmiyyətlisi üçüncü bölümü yayımlanacaq “Bintül-Bilad” serialıdır. Serial Avropada yaşayan liberal bir ailədən olan Roza adlı italyan qızla evlənməyə qərar verən Əlcəzairdə yaşayan şahzadənin hekayəsindən bəhs edir. Şahzadə və Roza təhsil aldıqları müddətdə tanış olublar, lakin evlənmək vaxtı çatanda, ailələri buna qarşı çıxıblar. Buna baxmayaraq, onlar evləniblər və yaşamaq üçün Əlcəzairin şərqindəki Borc Bou Arreric şəhərinə köçüblər. Lakin sonradan Roza anlayır ki, mühafizəkar cəmiyyətə və tanımadığı bir xarakterə uyğunlaşmaq üçün çox çalışmaq lazımdır. “Ən Nahar” kanalında yayımlanan serialın ssenari müəllifi Manal Məsudi, rejissoru isə Yusif Mahsusdur.
Fəthi Haddaui, Nidhal Saadi və Fatma Bartakis kimi bir neçə tunisli dram ulduzu Əlcəzairdə dramatik tənqidçilərin ən çox gözlənilən serialı olan "Əl-Ihtiyarul Əvvəl" (İlk seçim) serialında rol alır.
Serialın rəsmi mahnısı yayımlanıb. Əlcəzairli repçi, “The Gun” kimi tanınan Didine mahnını ifa edib və serial dövlət televiziyasında yayımlanacaq.
Əhəmiyyətli seriallar arasında Mehdi Tesabastın idarə etdiyi 30 bölümdən ibarət “Şəhidlər Məhəlləsi” də var. Dram nüfuzlu “Si əl-Tahir” və ehtiyatsız davranışı səbəbiylə mənəvi cəhətdən korlanmış, maddi cəhətdən uğurlu podratçı olan “Refik” personajı arasındakı mübarizədən bəhs edir. Serialın bəzi epizodları paytaxtın qərbində yerləşən Milianada, digər hissələri isə ölkənin qərbindəki ən böyük şəhər olan Oranda çəkilib.
Bərbər dilində yayımlanan dram əsərləri “Asif Netzizu” və “İzuran” serialları Ramazan ayının bədii fəaliyyətində öz yerini tapıb. Seriallardan “Asif Netzuzu”nun rejissoru İdris Bençerninedir. Bu ekran əsəri əkiz qızlarından müəmmalı şəkildə ayrılan və həyat yoldaşının qeyri-qanuni mühacir gəmisində yerlərini tərk edən ana Bayanın hekayəsindən bəhs edir. Baya başqası ilə yeni həyata başlayır, lakin o, iki qızının taleyini düşünməkdən, daim onları axtarmaqdan əl çəkmir.
“İzuran” isə həm bərbər, həm də ərəb dillərində yayımlanan 8 seriyalı serialdır. Serialın qəhrəmanı atası müstəmləkəçiliyə qarşı qurtuluş savaşında şəhid olan, anası gənc ikən dünyasını dəyişən və ömrünün sonuna qədər anasını dünyaya gətirən qadını – nənəsini axtarmaqla məşğul olan Məhəmməd əl-Nasırdır. Nənəsi axtarmasının səbəbi isə onun şəxsiyyəti və mənşəyi ilə tanış edə biləcək yeganə şəxs olmasıdır.
“Haddaş” serialı dram və hərəkəti birləşdirir. Baş rollarda Yusif Suheyri, Əziz Bukruni, Nəbil Şiyali, Haifa Rahim və Nəciyyə Liracın yer aldığı, rejissoru Osama Medikal olan serialda mövzular real həyatdan götürülüb.
“Haddaş”, rejissor Abudlkadir Curyonun olduğu və ssenarisi yumoristik aktyor Məhəmməd Hasani ilə birgə yazılmış “Ehul Benat” serialını da yayımlayacaq “Aş-Shuruk TV”də yayımlanacaq.
Ramazan ayından yararlanan iki məşhur aktrisa Sara Lalama və Süheylə Mallem bu serialda general rolunu oynayan komediya ustası Hasani ilə işə qoşulur. Serialda əlcəzairli komediya ustası Biyuma da rol alacaq.
Bu il müqəddəs Ramazan ayının ümidverici silsilələrindən biri kimi nümayiş etdirilən “Əl-Bətha” yumor və dramın qarışdığı, cəmiyyətdəki yoxsulların vəziyyətini həyəcanlı və yumşaq mübarizədə təqdim edən əsərdir. Rejissoru Vəlid Buşebeh olan serialın baş rollarında Nəbil Aslı, Sara Lalama və Nəsim Hadhuş çəkilib.
2023-cü ilin Ramazan ayında tamaşaçıların marağına səbəb olan əsərlər arasında Yəhya Muzahimin rejissorluğunu etdiyi “Əl-Dama” da var. Serial Əlcəzairin paytaxtında populyar mədəniyyət və gündəlik həyat səhnələrini, iki nəsil arasındakı mübarizə baxımından nələri əks etdirdiyini izah edən 26 seriyadan ibarətdir. Personajlardan biri ənənəvi mədəniyyətə sadiq qalmağa can atır, digəri isə ondan azad olan müasir nəsildir. Serialda Mustafa Laribi, Biyuna və Rim Takuçt rol alırlar.